İstehzalı proseslər nəzəriyyəsi
İstehzalı proseslər nəzəriyyəsi (ing. Ironic process theory) və ya ağ ayı effekti (ing. white bear effect) – düşüncə və istəyi azaltmaq cəhdi zamanı qadağa olunmuş düşüncənin daha güclə şüurumuza gəlməsi. Effekt müxtəlif psixoloji problemlərə şərait yaradır. İlk dəfə 1987-ci ildə Daniel Veqner tərəfindən verilmişdir.
Veqnerə görə istehzalı effekt insanlar gərgin və sıxılmış vəziyyətdə olduqda özünü daha güclü göstərir.
Harvard Universitetinin psixologiya üzrə professor Daniel Veqner tələbələri yığmış və onları 2 qrupa ayırmışdır. Düşüncə predmeti kimi o ağ ayını seçdi. I qrup tələbələrə ağ ayı haqqında düşünmək tələb olunan zaman II qrup tələbələrə bu haqqda düşünməmək tapşırığı verildi. Hər dəfə eksperiment iştirakçıları ağ ayı haqqda düşündüyü zaman zəngli düyməyə basmalı idilər.